İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Donbasla KİFAYƏTLƏNMƏYƏCƏK: Putinin əsas PLANI ÜZƏ ÇIXDI

817 10.12.2025 10:44 Dünya A A

Donbas Rusiyanın 2014-cü ildə Ukraynanı işğal etməsindən sonra ən çox zərər çəkmiş bölgə olaraq qalır. Bir çox şəhərlər dağıdılıb. Volodimir Zelenskiyə görə, təkcə Mariupolda Rusiyanın zərbələri ən azı 20 min dinc sakinin ölümünə səbəb olub.

Musavat.com xəbər verir ki, bu barədə “The Times” yazır.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Tramp Milad bayramına qədər atəşkəsə nail olmağa çalışır və Kiyevə təzyiq edərək, bütün Donbasın Moskvaya təhvil verilməsini təklif edir. Bununla belə, Kreml bildirir ki, Ukrayna Kramatorsk, Slavyansk və digər möhkəmləndirilmiş şəhərlərdən qoşunlarını çıxarmayana qədər hücumu dayandırmayacaq.

Ukrayna Konstitusiyasına görə, ərazinin verilməsi yalnız referendum yolu ilə mümkündür, müharibə zamanı bunu keçirmək faktiki olaraq mümkün deyil. Kiyev nəzəri cəhətdən Rusiya hakimiyyətini tanımadan qoşunlarını geri çəkə bilər, lakin analitik Nikolay Beleskovun fikrincə, bəzi qoşunlar geri çəkilmə əmrini yerinə yetirməkdən imtina edə bilər. O vurğulayır ki, bu cür güzəştlər “millətin təhqiri kimi görünür” və ölkənin birliyinə təhlükə yaradır.

Rusiya ordusu demək olar ki, bütün Luqansk vilayətinə və Donetskin 80%-dən çoxuna nəzarət edir. Putin bütün Donbası ələ keçirməkdə israr edir, lakin Beleskovun qeyd etdiyi kimi, böyük şəhərlər uğrunda döyüşmək Rusiyaya on minlərlə insanın həyatına başa gələcək. “Döyüşsüz geri çəkilmək siyasi baxımdan çətin və hərbi baxımdan təhlükəlidir”, - ekspert deyir.

“The Times”ın mənbələri hesab edir ki, hətta Kiyevin güzəştləri sülhə gətirib çıxarmayacaq. Kreml təkcə ərazi deyil, həm də Kiyevdəki “qərbyönlü hökumətin” devrilməsini və Ukraynanın NATO-ya üzvlüyünün qarşısını almağı hədəfləyir.

Vəziyyət Kiyevdəki daxili böhranla mürəkkəbləşib. Andrey Yermakın istefası Zelenskinin mövqeyini sarsıdıb, lakin müşahidəçilər bunun ABŞ-Ukrayna danışıqlarına təsir etmədiyini qeyd edirlər. ABŞ planına görə, prezident seçkiləri 100 gün ərzində keçirilməlidir. Tramp hesab edir ki, Ukrayna “artıq demokratiya deyil”, lakin Zelenski beynəlxalq təhlükəsizlik dəstəyi şərti ilə seçkilərə hazır olduğunu bildirib.

Eyni zamanda, Rusiyanın keçmiş baş naziri Mixail Kasyanovun fikrincə, Putin Donbas üzərində nəzarətin tanınmasına, ilk növbədə, “özünə və hökumətinə hörmətini” saxlamaq istəyindən irəli gəlir. Qəzet vurğulayır ki, torpaq güzəşti belə Rusiya işğalını dayandırmayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR