İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hərbi sənayesinə ağır zərbə: Peyk görüntüləri kimya zavodundakı dəhşəti üzə çıxardı VİDEO

1564 21.02.2026 17:05 Dünya A A

Rusiyanın Tver vilayətində yerləşən strateji əhəmiyyətli kimya zavoduna endirilən zərbənin ağır nəticələri məlum olub.

Musavat.com xəbər verir ki, "RBC-Ukraine" nəşrinin peyk görüntülərinə istinadən yaydığı məlumata görə, hücum nəticəsində zavodun infrastrukturuna ciddi ziyan dəyib.

 Peyk çəkilişləri təsdiq edir ki, əsas zərbə "MISKOM" şirkətinə məxsus istehsalat sexinə dəyib. Bu müəssisə xüsusi plastik sürtkü yağlarının istehsalı ilə məşğul olur. Ən mühüm məqam isə odur ki, həmin zavodun məhsulları birbaşa Rusiya Müdafiə Nazirliyinin ehtiyacları və hərbi texnikaların istismarı üçün nəzərdə tutulmuşdu.

Görüntülərdə zavod ərazisindəki dağıntıların miqyası aydın şəkildə görünür. Ekspertlərin fikrincə, Müdafiə Nazirliyi üçün strateji məhsul hazırlayan bu sexin sıradan çıxması Rusiya hərbi maşın hissələrinin və xüsusi texnikalarının təminatında ciddi problemlər yarada bilər.

Xatırladaq ki, son vaxtlar Rusiyanın dərinliklərində yerləşən hərbi-sənaye kompleksi obyektlərinə pilotsuz uçuş aparatları ilə endirilən zərbələrin intensivliyi kəskin artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR