VÇİOM-un analitikləri bildirir ki, ölkədə stress yaşayanların payı son üç ildə nəzərəçarpacaq dərəcədə artıb.
Musavat.com xəbər verir ki, müşahidələr göstərir ki, gənclər yaşlı nəslə nisbətən dörd dəfə çox mütəmadi stress keçirir.
Araşdırmaya görə, vətəndaşları ən çox narahat edən səbəblər bunlardır:
Şəxsi münasibətlər və ailə çətinlikləri - ən geniş yayılmış stress mənbəsi;
İşdə yaranan problemlər;
Maliyyə vəziyyətinə dair narahatlıq.
Mütəxəssislər vəziyyətin ağırlaşmasını sürətli urbanizasiya və məlumat axınının fasiləsizliyi ilə izah edirlər.
Gənclər üçün stressdən çıxmaq daha çətindir, çünki onlar daha çox rahat həyat şəraitinə alışıb və dəyişikliklərə həssas reaksiya verirlər.
Musavat.com






