İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya lüks avtomobil istehsal edə bilmədi – Səbəb...

1896 15.02.2026 17:17 Dünya A A

Rusiyanın böyük iddialarla təqdim etdiyi “Aurus” avtomobil layihəsi gözlənilən nəticəni verməyib.

Musavat.com xəbər verir ki, Tatarıstanın Yelabuqa şəhərində yerləşən zavodun konveyeri faktiki olaraq dayanıb.

Rəsmi açıqlamada proses “inventarizasiya” kimi təqdim olunsa da, yerli media əsas səbəbin sifarişlərin bitməsi olduğunu yazır. Layihə ilk növbədə dövlət qurumları və məmurlar üçün nəzərdə tutulmuşdu və onlar artıq lazım olan avtomobilləri alıblar. Qiyməti 50–70 milyon rubl olan maşın isə adi alıcı üçün əlçatmaz olub.

Xarici bazarlara çıxış cəhdi də uğursuz olub. Rusiyadan kənarda avtomobilə demək olar maraq göstərilməyib. Hətta Şimali Koreya lideri Kim Çen In hədiyyə edilən “Aurus”dan istifadə etsə də, sonradan yenidən “Mercedes-Maybach” markasına qayıdıb.

Məlumata görə, zavod hazırda yeni sifarişsiz qalıb və müəssisənin 80 milyon avrodan çox borcu formalaşıb. Beləliklə, “yerli Rolls-Royce” kimi təqdim olunan layihə dövlət sifarişləri bitdikdən sonra real bazar rəqabətinə davam gətirə bilməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR