İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya onlayn kazinoları leqallaşdırır

400 27.01.2026 18:57 Dünya A A

Rusiya Maliyyə Nazirliyi ölkədə onlayn kazinoların leqallaşdırılması və onların dövlət nəzarətinə verilməsi ilə bağlı təşəbbüslə çıxış edib.

Musavat.com xəbər verir ki, “Komersant” nəşrinin yazdığına görə, maliyyə naziri Anton Siluanov bu təkliflə Rusiya prezidenti Vladimir Putinə müraciət edib.

Nazirliyin hesablamalarına əsasən, onlayn kazinoların leqallaşdırılması dövlət büdcəsinə hər il təxminən 100 milyard rubl vergi və rüsum şəklində gəlir gətirə bilər.

Təklifə görə, onlayn kazinoların fəaliyyəti ciddi şəkildə mərkəzləşdiriləcək. Dövlət tərəfindən xüsusi operator müəyyən ediləcək və bütün mərc əməliyyatları bukmeker kontorlarında olduğu kimi Vahid Mərc Köçürmələri Mərkəzi vasitəsilə həyata keçiriləcək.

Eyni zamanda iştirak üçün minimum yaş həddi 21 olaraq müəyyən ediləcək və kazinoların aylıq gəlirindən ən azı 30 faiz vergi tutulacaq.

Nəzarət və inzibatçılıq funksiyalarının Vahid Qumar Oyunları Tənzimləyicisi adlı dövlət qurumuna verilməsi planlaşdırılır. Bu quruma oyun asılılığı ilə mübarizə aparmaq və qeyri-qanuni saytları bloklamaq üçün əlavə səlahiyyətlər də verilə bilər.

Hazırda Rusiyada onlayn kazinolar qanunla qadağandır. Yalnız bukmeker kontorları və totalizatorlar leqal şəkildə fəaliyyət göstərə bilir. Ofis kazinolarına isə yalnız xüsusi oyun zonalarında icazə verilir.

Bununla yanaşı, ekspertlərin qiymətləndirməsinə görə, ölkədə qeyri-qanuni onlayn qumar bazarının dövriyyəsi ildə 3 trilyon rublu ötür və təxminən 100 gizli onlayn kazino fəaliyyət göstərir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR