İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusuna qoşulmanın nəticəsi: muzdluya hökm oxundu

490 15.12.2025 20:33 Dünya A A

Özbəkistanda məhkəmə Qaşqadərya vilayətinin 40 yaşlı sakininə muzdlu fəaliyyətlə bağlı iş üzrə (CM-in 154-cü maddəsi) 4 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib.

Musavat.com xəbər verir ki, bu barədə “UzNews” Kamışinski rayon məhkəməsinin hökmünə istinadən məlumat yayıb.

Kişinin adı açıqlanmır, yalnız baş hərfləri - R.İ. göstərilir. İstintaqın versiyasına görə, o, 2015-ci ildə Rusiya vətəndaşı ilə evləndikdən sonra Rusiya vətəndaşlığı alıb. Bildirilir ki, 2023-cü ildən etibarən o, Rusiyadan kənara çıxmaq üçün xarici pasport almaq məqsədilə dəfələrlə miqrasiya orqanlarına müraciət edib. Lakin 2025-ci ilin martında ona sənədi almaq üçün hərbi uçota durmalı olduğu bildirilib.

Onun sözlərinə görə, bundan sonra sağlamlıq vəziyyətinin pis olması və müharibədə iştirak etmək istəmədiyini bildirməsinə baxmayaraq, zorla Primorsk diyarında yerləşən hərbi hissəyə göndərilib. Cəbhəyə göndəriləcəyini öyrəndikdən sonra komandirinə yırtıq xəstəliyinin (qrija) olduğunu deyib və nəticədə hərbi hospitala yerləşdirilib, orada əməliyyat olunub.

Əməliyyatdan sonra kişi hospitalı tərk edib və iyulun 9-da Özbəkistana qayıdaraq Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müvafiq idarəsinə müraciət edib və lazımi sənədləri təqdim edib. Saytın məlumatına görə, o, Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb.

Gazeta Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) məlumatlarına istinadən yazıb ki, Özbəkistanda 2022-ci ildən bəri ölkə hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı muzdlu fəaliyyət maddəsi üzrə 338 cinayət işi başlanıb. Qurumun açıqlamasına görə, bu şəxslər dini-ekstremist və beynəlxalq terror təşkilatlarına, yaxud xarici hərbi strukturlara yaxın olan qurumlara muzdlu kimi qoşulublar. Onların konkret olaraq hansı silahlı münaqişələrdə iştirak etdikləri dəqiqləşdirilməyib.

Rusiya ordusunun sıralarında neçə Özbəkistan vətəndaşının döyüşdüyü məlum deyil. Özbəkistan hakimiyyəti bu barədə rəsmi məlumat yayımlamayıb. Ukraynanın “Xoçu jit” (“Yaşamaq istəyirəm”) adlı dövlət layihəsi 2025-ci ilin oktyabrında bildirmişdi ki, onların məlumatına görə, Ukraynaya qarşı döyüşən və ya döyüşmüş ən azı 2 715 Özbəkistan vətəndaşının adı məlumdur. Layihənin məlumatına əsasən, 2023-cü ildə Rusiyanın tərəfində 498 özbək döyüşürdüsə, 2025-ci ilin ilk yarısında bu rəqəm demək olar ki, 1300 nəfərə çatıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR