İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya öz ərazisini Ermənistan mallarının tranziti üçün də bağladı

647 02.06.2026 18:05 Dünya A A

Ermənistanda 7 iyun seçkiləri yaxınlaşdıqca, Rusiyanın iqtisadi təzyiq rıçaqlarından istifadə halları artır.

Musavat.com xəbər  verir ki, pomidor, meyvə, tərəvəz, gül, alkoqollu içkilərin ardınca, Rosselxoznadzor (Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) 3 iyun tarixindən etibarən Ermənistandan nar meyvələrinin, badımcanın, kartofun və quru meyvələrin idxalına müvəqqəti məhdudiyyətlər tətbiq edib.

Xidmətin açıqlamasından aydın olur ki, bu dəfə yalnız Rusiyaya idxal deyil, həmin məhsullarıb Rusiya ərazisi vasitəsilə Avrasiya İqtisadi Birliyi üzv dövlətlərinə tranziti də qadağan olunur. Rusiya hakimiyyətinin təzyiq aləti olan Rosselxoznadzor bunu həmin dövlətlər tərəfindən karantin məhsullarının qəbulunu təsdiqləyən mexanizmlərin olmaması ilə əsaslandırır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR