Sverdlovsk vilayətinin Revdə şəhərində polis əməkdaşları eroin gizlədən şəxsləri izləmək üçün ilk dəfə olaraq dronlardan istifadə edib. Əməliyyat iki gün davam edib.
Musavat.com xəbər verir ki, bu barədə yerli Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəticədə iki şübhəli saxlanılıb: yerli zavodun 46 yaşlı əməkdaşı və onun 44 yaşlı birlikdə yaşadığı qadın.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Musavat.com






