ABŞ–Avropa münasibətlərində müşahidə olunan gərginlik fonunda Ukrayna münaqişəsi yeni, həlledici mərhələyə qədəm qoyur.
Musavat.com xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, Vaşinqtonun dəstəyinin qeyri-müəyyənləşməsi Avropanı çətin seçim qarşısında qoyub: ABŞ olmadan Ukraynaya davamlı maliyyə dəstəyi mexanizmi qurmaq mümkündürmü?
Hazırda Avropa İttifaqında bu məsələ ətrafında ciddi fikir ayrılıqları mövcuddur. Bir sıra ölkələr Kiyevin maliyyələşdirilməsinin davam etdirilməsinin zəruri olduğunu bildirsə də, digərləri ABŞ-ın prosesdən uzaqlaşması fonunda yeni yükün Aİ üçün real olub-olmadığını sual altına alır.
Məlumata əsasən, bu qeyri-müəyyənlik həm diplomatik, həm də hərbi planda vəziyyəti daha da gərginləşdirir və müharibənin gələcək trayektoriyası böyük ölçüdə ABŞ–Aİ münasibətlərindəki növbəti addımlardan asılı olacaq.
Musavat.com






