İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynanı "raket yağışı"na tutdu – Ölkə üzrə hava həyəcanı ELAN EDİLDİ

642 26.02.2026 08:47 Son xəbər A A

Rusiya Silahlı Qüvvələri fevralın 26-na keçən gecə və səhər saatlarında Ukraynaya qarşı növbəti kütləvi hücum həyata keçirib. Ukrayna hava məkanında qanadlı raketlərin uçduğu qeydə alınıb.

Musavat.com xəbər verir ki, bu barədə “RBK-Ukrayna” nəşri Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” kanalına istinadən məlumat yayıb.

Bildirilir ki, gecə saatlarında monitorinq kanalları düşmənin strateji bombardmançı təyyarələri, “Tu-95MS” və “Tu-160” havaya qaldırdığını qeyd edib. Həmin təyyarələr adətən Ukraynaya qarşı kütləvi hücumlarda istifadə olunur.

Rəsmi qurumlar bu məlumatı təsdiqləməsə də, saat 05:25-dən etibarən ilk raketlərin artıq Ukrayna üzərində olduğu bildirilib. Raketlər Sumi vilayəti üzərindən daxil olaraq əvvəlcə Çerniqov, Poltava və Çerkası istiqamətində hərəkət edib.

Saat 05:46-ya olan məlumata görə, hava həyəcanı Ukraynanın bütün ərazisini əhatə edib.

İqbal RZAYEV,
Musavat.com

Россияне атакуют Украину крылатыми ракетами: где угроза ударов

Россияне атакуют Украину крылатыми ракетами: где угроза ударов

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR