İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynaya 1000 hərbçinin cəsədini qaytardı

587 20.11.2025 15:28 Dünya A A

Ukrayna tərəfinin məlumatına görə, Rusiyadan Ukraynaya 1000 hərbçinin cəsədi qaytarılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlərlə Koordinasiya Qərargahı bildirib.

Qeyd edib ki, müvafiq orqanlar yaxın günlərdə cəsədlərin şəxsiyyətinin müəyyən edilməsi üçün bütün zəruri ekspertizaları həyata keçirəcək. Cəsədlərin mübadiləsi bu yay İstanbulda keçirilən danışıqlar zamanı əldə edilən razılaşmalar çərçivəsində həyata keçirilir.

Həmçinin qərargah Beynəlxalq Qırmızı Xaç Komitəsinə cəsədlərin qaytarılmasına verdiyi dəstək üçün təşəkkürünü bildirib.

Dövlət Dumasının deputatı Şamsail Saraliyev bildirib ki, Rusiya tərəfinə 30 hərbiçisinin meyiti təhvil verilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR