Almaniya və Rusiya nümayəndələri Birləşmiş Ərəb Əmirliklərində gizli danışıqlar aparıblar.
Musavat.com xəbər verir ki, görüş Abdu-Dabidə baş tutub və onun keçirilməsi barədə rəsmi məlumat verilməyib.
Məlumata görə, danışıqlarda Almaniya tərəfindən yüksək səviyyəli fiqurlar — Ronalp Pofofalla və Kristof Hoffman, Rusiya tərəfindən isə prezidentin xüsusi nümayəndəsi Mixail Şvıdkoy iştirak edib.
Gizli görüşün əsas mövzusu qarşılıqlı səfərlərin bərpası olub. Məlumata əsasən:
• Pofofalla və Hoffman 2026-cı ilin əvvəlində Moskvaya səfər etməyi planlaşdırır;
• Prezident Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə Almaniyaya səfər etməyi nəzərdə tutur.
Jurnalistlər qeyd edir ki, bu görüş iki tərəf arasında bu formatda keçirilən dördüncü gizli danışıqlardır. Bundan əvvəlki üç görüşün isə Bakıda baş tutduğu bildirilir.
Musavat.com






