İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiya və İran dəhlizə qarşı çıxır"

633 16.12.2025 12:14 Siyasət A A

Deputat Elman Nəsirov Milli Məclisin iclasındakı çıxışı zamanı diqqəti Avropa İttifaqı - Ermənistan münasibətlərinə cəlb etməyə çalışıb.

Bildirib ki, bəzi siyasi dairələr sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər. Deputat qeyd edib ki, Avropa İttifaqı Ermənistanla tərəfdaşlıq edir: “İmzalanan sənəddə hərbi cinayətkarların azad olunması əksini tapıb. Eyni zamanda, Tramp marşurutu məsələsi təhrif olunub”.

E.Nəsirov məkrli siyasətdən də bəhs edib:

“Həmin siyasi dairələr sülh müqaviləsinin bağlanmasında maraqlı deyillər, yaxud vaxtı uzatmaq istəyirlər. Həmçinin, İran və Rusiya Tramp marşurutuna qarşı çıxır. Bir yandan Avropa İttifaqı, digər yandan bu ölkələr Zəngəzur dəhlizinin açılmasına maneə törədirlər. Lakin prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsindən belə halların qarşısı alınacaq, Azəbaycanın sülh təşəbbüsü reallaşacaq”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR