Ukraynanın Bryanskdakı enerji obyektlərinə hücumu nəticəsində istilik və elektrik enerjisi qismən kəsilib. Bunu regionun rəhbəri Aleksandr Boqomaz deyib. Rusiya mediasının məlumatına görə isə bəzi çoxmərtəbəli binalarda istilik və elektrik enerjisi kəsildiyi vaxtda isti su da müvəqqəti olaraq kəsilib: “Evlərə istilik və elektrik enerjisinin verilməsi qısa müddətdən sonra bərpa edilib”.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, 15 fevral saat 20:00 ilə 23:00 arasında hava hücumundan müdafiə qüvvələri Bryansk bölgəsi üzərindən uçan 49 Ukrayna dronunu ələ keçirib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, Amerika İrana qarşı güc tətbiq edərsə, Tehran güclə cavab verəcək və hücum halında Amerika bazalarını hədəf alacaq.
Bu barədə Əli Laricani "Əl-Cəzirə"yə verdiyi açıqlamada bildirib.
"Əgər amerikalılar bizə qarşı güc tətbiq etsələr, qarşılığında güc alacaqlar. İslam Respublikası tam hazırdır, ancaq biz müharibə axtarmırıq və bizə qarşı müharibə tətbiq olunarsa, biz cavab verəcəyik" - deyə o bildirib.
O əlavə edib ki, "Əgər amerikalılar İrana hücum etsələr, biz onların bazalarına zərbə endirəcəyik. Lakin keçmiş təcrübəyə əsaslanaraq, qarşı tərəfin yenidən müharibə axtardığına şübhə edirəm".
Laricani Tehran və Vaşinqton arasında danışıqların davam etdiyini bildirib, lakin İsraili prosesi pozmağa çalışmaqda günahlandırıb.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi tədqiqatçı Çingiz Firudinoğlu ilə müzakirə edir.






