Rusiya Xarkov bölgəsindəki Peçenej su anbarının bəndinə zərbə endirib.
Musavat.com xəbər verir ki, bu barədə Peçenej kəndinin başçısı Qusarov bildirib.
Onun sözlərinə görə, bənddə nəqliyyatın hərəkəti dayandırılıb.
Qeyd olunub ki, bu bənd Xarkovdan Volçansk, Velikiy Burluk və Kupyansk istiqamətlərinə gedən əsas yollardan birinin üzərində yerləşir.
Həmin istiqamətlərdə hazırda şiddətli döyüşlər gedir.
Musavat.com






