İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada daha bir sensasion rüşvət ittihamı

711 14.01.2026 09:37 Dünya A A

Ryazan vilayətinin keçmiş qubernatoru və senator Nikolay Lyubimov ümumi məbləği 270 milyon rubldan çox olan bir neçə rüşvət almaqda ittiham olunur.

Musavat.com bildirir ki, bu barədə TASS-a müsahibəsində Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin məlumat verib.

“Ryazan vilayətinin keçmiş qubernatoru və Rusiya Federasiyasının senatoru Nikolay Lyubimovun törətdiyi korrupsiya cinayətinin halları müəyyən edilib. Onun aldığı 252 milyon rubl məbləğində rüşvətdən biri vitse-qubernator vəzifəsinə təyinat və ümumi himayədarlıq üçün nəzərdə tutulub. 12 və 8 milyon rubl məbləğində digər rüşvətlər tibbi avadanlıqların tədarükü ilə bağlı dövlət müqavilələrinin bağlanmasına köməklik göstərilməsinə görə olub”, - Bastrıkin bildirib.

Moskvanın Basmannı Məhkəməsi Lyubimovu 2024-cü ilin dekabrında külli miqdarda rüşvət almaqda ittiham edərək həbs edib. O, 2010-2015-ci illərdə Kaluqa şəhərinin meri vəzifəsində çalışıb. 2015-2016-cı illərdə Kaluqa vilayətinin Qanunvericilik Məclisinə sədrlik edib. 2017-2022-ci illərdə Ryazan vilayətinin qubernatoru olub. O, həmçinin Moskva Maliyyə və Sənaye Universitetinin “Synergy”nin vitse-prezidenti vəzifəsində çalışıb. 2022-ci ilin sentyabrında N.Lyubimov Ryazan vilayətini təmsil edən Federasiya Şurasının üzvü olub. 11 dekabr 2024-cü ildə o, senator vəzifəsindən vaxtından əvvəl istefa verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR