İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada əhali ərzağa qənaəti artırır: istehlak çökür, ucuz məhsullara keçid güclənir

454 29.11.2025 01:31 Dünya A A

Musavat.com xəbər verir ki, Bloomberg-in məlumatlarına əsasən, Rusiyada əhalinin ərzaq xərcləri rekord səviyyədə azalır.

Sberbankın ərzaq indeksinə görə, 2023-cü ilin əvvəllərindən 2025-ci ilin oktyabrınadək göstərici demək olar ki, beş dəfə düşüb. Məhsullar bahalaşsa da, insanlar daha az alır və orta alış çeki yalnız qiymət artımı səbəbindən yüksəlir.

“Takskom” şirkətinin statistikası göstərir ki, 2025-ci ilin sentyabr–oktyabr aylarında əsas ərzaq məhsullarının satışı fiziki həcmdə 5% azalıb. Süd, donuz əti, qarabaşaq və düyü kimi məhsulların istehlakı 8–10% aşağı düşüb.

Ölkənin ən iri pərakəndə şəbəkəsi X5 Group dövriyyə artsa da, mənfəətinin 20%-ə yaxın çökdüyünü açıqlayıb ki, bu da insanların getdikcə daha ucuz məhsullara yönəldiyini göstərir.

Bloomberg analitikləri istehlakdakı bu dərin azalmanın əsas səbəbi kimi Ukrayna müharibəsinin iqtisadi təsirlərini göstərirlər. Getdikcə daha çox insan “kasıblar üçün mağazalara” üz tutur.

2025-ci ilin yanvar–sentyabr aylarında Rusiyada supermarket və hipermarketlərin sayı 1,4% azalıb. Bu müddətdə ümumi sahəsi 185 min kvadratmetr olan 67 iri mağaza bağlanıb. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR