Musavat.com xəbər verir ki, Rusiya hökuməti yeni qaydalar təsdiqləyib və bundan sonra xarici vətəndaşların, eləcə də xarici təsisçiləri olan təşkilatların istənilən elmi tədqiqatda və eksperimental layihələrdə iştirakı yalnız FSB ilə razılaşdırıldıqdan sonra mümkün olacaq.
Yeni qaydalara əsasən, əcnəbilərin və ya xarici kapitallı yerli şirkətlərin elmi layihələrə cəlb olunması barədə məlumat mütləq şəkildə vahid dövlət sisteminə daxil edilməlidir. Təhsil və Elm Nazirliyi bu cür layihələr barədə 5 gün ərzində FSB-ni məlumatlandırmalıdır.
FSB müraciətləri 60 gün ərzində araşdıraraq icazə verilməsi və ya qadağa qoyulması barədə qərar qəbul edəcək.
Yeni mexanizm Rusiyanın elm sektorunda xarici iştiraka nəzarəti kəskin şəkildə sərtləşdirdiyini göstərir və bunun strateji tədqiqatların “təhlükəsizliyini təmin etmək” məqsədi daşıdığı bildirilir.
Musavat.com






