İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada inqilab Nyu-Yorkda planlaşdırılıb - “Rusiyanı diz çökdürən” bankirlər

1818 25.06.2026 21:40 Yaxın tarix A A

Nijni Novqorodda dünyaya göz açan və təvazökar oyma ustasının oğlu olan gənc iki il ərzində ABŞ-də Manhettenin mərkəzində bank açıb. Həmin bankın əsas işi Rusiyaya pul köçürmələri olub. Gəncin soyadı Sverdlovdur. Onun böyük qardaşı Yakov Sverdlov bir müddət sonra Rusiya imperiyasını 305 il müddətinə idarə etmiş hakim Romanovlar sülaləsindən olan çar II Nikolay və onun ailə üzvlərinin edam əmrini imzalayan şəxs kimi tarixə düşüb.

Məşhur inqilabçının bankir qardaşının adı Veniamin olub. O, Rusiyada inqilabın qalib gəlməsi üçün inqilabçıları maliyyə ilə təmin edənlərdən biri olub. Pul köçürmə xəttiniVeniamin hazırlayıb.

0da1b95f-3b84-4525-844e-60fdd121d571.jpeg (113 KB)

Sverdlovlardan başqa Rusiyadakı inqilaba Menjinskilər də öz töhfələrini veriblər. Qardaşlardan biri tanınmış bolşevik Vyaçeslav Menjinski gələcəkdə SSRİ Xalq Komissarları Soveti yanında Birləşmiş Dövlət Siyasi İdarəsinin rəhbəri olub. Digəri isə bank sektorunda işləyib.

İnqilabın 3 əsas liderindən biri olan Lev Trotskinin əmisi Abram Jivotovski bankir və milyonçu olub.
Məşhur inqilabçı Lev Kamenev (Rozenfeld) Trotskinin bacısı ilə evlənib.

İnqilabı ideoloqlarından biri olan Yuli Martovun (Zederbaumun) bacısı isə Trotskinin qardaşı oğlu ilə ailə həyatı qurub.

20c9e2b1-1107-42aa-81da-ea90f485613e.jpeg (287 KB)

Bir sözlə, Jivotovski Kiyev Brodskiləri ilə, Brodskilər isə Rotşildlər, Kaqanlar və Qreqorlarla qohum olublar. Yəni Rusiya sosial demokratiyasının üç aparıcı lideri faktiki olaraq qohum olublar və ailə nəsilləri sayəsində Avropanın ən böyük bank evlərindən biri ilə əlaqələri yaranıb.

Pulla devrilən hakimiyyət

1905-ci ildə Viktor Adler Trotskiyə sərhədi keçməyə şəxsən kömək edib, Aleksandr Parvus və Leonid Krasin onun yerini tutublar. Qəribə olsa da, Avstriya gizli xidmətləri adi bir mühacirə bütöv bir qəzet verib. Bu sahədə iki əsas operator həm Rotşildlər, həm də Avstriya-Macarıstan kəşfiyyat xidmətləri ilə əlaqələri olan avstriyalı sosialist Viktor Adler, Almaniya və Britaniya kəşfiyyatı ilə əlaqəli işləyən Aleksandr Parvus (İsrail Gelfand) olub. Adler Trotskini Rusiyaya gətirib. Lenin və Martovu aktiv işə qoşan, "İskra"nın nəşrini təşkil edən və yeni tipli döyüşkən partiyanın əsasını toplamağa başlayan Parvus olub. Hətta 1902-1903-cü illərdə Sibir sürgünündən qaçmaq üçün bir şəbəkə yaradılıb: saxta sənədlər, gizli marşrutlar, təhlükəsiz evlər və s.

938c3e7c-1088-4ad8-82b7-a182d6656b99.jpeg (271 KB)

Bu mərhələdə Rusiya imperiyasının sistemli çatışmazlığı üzə çıxıb. O, sonralar yaradılan Əksinqilab və Təxribatla Mübarizə üzrə Ümum-Rusiya Fövqəladə Komissiyası və ya SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə bənzər dövlət təhlükəsizlik strukturuna malik olmayıb. Mühafizə ayrı-ayrı dairələrə qarşı yaxşı işləyib, lakin üç gücün kəşfiyyat xidmətlərinə, dörd ölkənin banklarına və beynəlxalq logistika şəbəkəsinə qarşı mübarizədə zəif olub.

1911-ci ildən sonra Amerika mətbuatı Rusiyada “antisemitizm”ə qarşı birgə kampaniya aparıb. Elə həmin ilin sonunda ABŞ Rusiya ilə 1832-ci il ticarət müqaviləsini birtərəfli şəkildə qüvvədən salıb. 1912-ci ildə isə Nyu-Yorkda beynəlxalq sionist konvensiyası keçirilib və orada Ceykob Şiff birbaşa qarşıya məqsəd qoyub: “Rusiyanı diz çökdürmək”. Bu məqsədlə ayrıca fond da yaradılıb. Həmin fonda Şiff, Rotşildlər, Varburqlar, Milner və Barux daxil edilib. Başqa sözlə, yuxarıda adı çəkilən bütün klan ilk dəfə olaraq müəyyən ölkəni hədəf alaraq maliyyə yumruğu yaradıb. Elə həmin il, 1912-ci ildə onlar öz tələbələri Vudro Vilsonu ABŞ prezidenti seçdiriblər.

0ad38536-89a5-4ab6-bca3-0768321ed44a.jpeg (169 KB)

İnqilab Rusiyanın daxilində - torpaq məsələsindən, müharibənin çətinliklərindən, ictimai yorğunluqdan və rejimin özünün səhvlərindən yaranıb. Bu, doğrudur. Amma başqa bir şey də doğrudur: bu inqilabın xarici konturları - pul, logistika, personal, mühacir əfsanələri, qəzetlər, mətbəələr, sərhəd keçidləri, qaçışlar, Avropa və Amerikadakı dayaqlar heç də fəhlələrin və kəndlilərin pulu ilə təmin edilməyib. Hər şey Rusiya imperiyasının süqutunu istəyən və öz səbəbləri olan bank şəbəkəsi tərəfindən təmin edilib. Şəbəkə ailə əlaqələri, lojalar, üç gücün gizli xidmətləri və bir qardaşın inqilabçı dairələrin rəhbərliyində, digərinin isə bankda oturduğu tandemlər vasitəsilə fəaliyyət göstərib.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR