Rusiya Federasiyasının Bryansk vilayətində genişmiqyaslı hava hücumları nəticəsində enerji sistemi sıradan çıxıb.
Musavat.com xəbər verir ki, vilayət qubernatoru Aleksandr Boqomaz 15 fevral səhərindən etibarən hava hücumundan müdafiə qüvvələrinin 170-dən çox pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb.
Onun sözlərinə görə, zərbələr əsasən enerji infrastrukturuna yönəlib. Nəticədə beş bələdiyyədə, eləcə də Bryansk şəhərinin bir hissəsində elektrik və istilik təchizatı dayanıb.
Məlumata görə, qonşu Belqorod vilayətində də vəziyyət gərgindir — elektrik şəbəkəsində fasilələr yaranıb və planlı “ventilyator” tipli kəsintilərin tətbiqi istisna edilmir.
Musavat.com






