Rusiyada ömürlük həbs cəzalarının sayı 2025-ci ildə 100-ə çatıb ki, bu da son iki onillikdə ən yüksək göstəricidir.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr ayları arasında Rusiya məhkəmələri 100 ömürlük həbs cəzası verib. Bu rəqəmlər Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidməti tərəfindən göstərilib.
Əvvəlki ən yüksək hədlər 2005 və 2012-ci illərdə olub, hər il 84 belə cəza verilib. Bu rəqəmlər sonrakı illərdə daha aşağı olub: 2020-ci ildə 66, 2021-ci ildə 47, 2022-ci ildə 58, 2023-cü ildə 78 və 2024-cü ildə 79.
Bu cür sərt cəzalara səbəb olan konkret cinayətlər rəsmi məlumatlarda göstərilməyib. Həmçinin, bu qədər nəzərəçarpacaq artıma nəyin təsir edə biləcəyi də izah edilməyib.
Musavat.com






