İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada WhatsApp-ın bloklanması an məsələsidir

773 26.11.2025 23:53 Dünya A A

Musavat.com xəbər verir ki, Rusiyada ən populyar messencerlərdən olan WhatsApp-ın bloklanması artıq yalnız zaman məsələsi kimi qiymətləndirilir. Bu barədə Dövlət Dumasının deputatı Anton Nemkin açıqlama verib.

Deputat bildirib ki, ölkədə informasiya təhlükəsizliyi sahəsində aparılan siyasət fonunda xarici messencerlərin məhdudlaşdırılması prosesi sürətləndirilib. Onun sözlərinə görə, Rusiya öz “suveren rəqəmsal məkanını” formalaşdırmağa çalışdığı üçün Facebook və Instagram kimi WhatsApp da eyni aqibətlə üzləşə bilər.

Hazırda Rusiyada milyonlarla istifadəçi sosial şəbəkələrə maneəsiz giriş üçün etibarlı VPN xidmətlərindən istifadə edir. Nemkin hesab edir ki, texniki məhdudiyyətlərin artması fonunda bu praktika daha da genişlənə bilər. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR