YouTube Rusiyada 6-12 ay ərzində tamamilə məhdudlaşdırıla bilər.
Musavat.com xəbər verir ki, Dövlət Duması bunu platformanın Rusiya qanunlarına riayət etməkdən imtina etməsi ilə əlaqələndirib.
Deputat Andrey Svintsovun sözlərinə görə, xidmət tədricən ölkədən "sıxışdırılacaq" və keyfiyyəti pisləşməyə davam edəcək.
İstifadəçilərə və kontent yaradıcılarına əvvəlcədən alternativ platformalara keçmək tövsiyə olunub.
Musavat.com






