Ukraynada davam edən müharibənin əsas yükünü Rusiyanın iri şəhərləri deyil, ölkənin kiçik xalqları daşıyır.
Fevralın 2-si səhər saatlarına olan məlumata görə, Volqaboyu regionları və Həştərxan vilayətindən müharibədə həlak olanların sayı azı 49 256 nəfər təşkil edir. Təkcə son bir həftə ərzində 15 regiondan 400 hərbçinin ölümü təsdiqlənib.
Musavat.com xəbər verir ki, bu barədə Idel.Realii nəşri yazır.
Ən ağır itkilər kiçik xalqların payına düşür. Başqırdıstan həlak olanların sayına görə lider olaraq qalır, burada azı 8 968 nəfər həyatını itirib. Onu Tatarıstan (7 604 nəfər) və Perm diyarı (5 128 nəfər) izləyir. Son bir həftə ərzində Çuvaşiya, Mari El və Udmurtiyada itkilərin sayı xüsusilə artıb.
Hətta itkilərin nisbətən az qeydə alındığı regionlarda Mordoviya və Penza vilayətində belə ölənlərin sayı artıq yüzlərlə ölçülür.
Musavat.com






