İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft emalı zavodu vuruldu 

893 05.12.2025 09:38 Dünya A A

Ötən gecə Rusiyada bir neçə mühüm obyektə dron hücumu baş verib.

Musavat.com xəbər verir ki, iki şəhərdə dəniz limanı və neft emalı zavodu vurulub.

Zərbəyə məruz qalan şəhərlərdən biri Temryukdur. Şəhərdəki dəniz limanı vurulub və obyektin yaxınlığında yanğın baş verib.

ASTRA telekanalının məlumatına görə, hücumdan sonra yanacaq çənləri alovlanıb. Krasnodar diyarı Əməliyyat Qərargahı hadisə ilə bağlı rəsmi açıqlama yayıb:

"PUA hücumu nəticəsində Temryukdakı liman infrastrukturunun elementləri zədələnib. Yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin məlumatına görə, yanğını söndürmək üçün 32 mütəxəssis və 8 texnika cəlb edilib. Hadisə yerində xüsusi və təcili yardım xidmətləri işləyir. İlkin məlumata görə, itki yoxdur və personal təxliyə edilib".

Dron hücumuna məruz qalan ikinci obyekt Rusiyanın Samara bölgəsindəki Sızran Neft Emalı Zavodudur. Zərbə nəticəsində zavodda yanğın başlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR