Musavat.com xəbər verir ki, Moldova prezidenti Maya Sandu bildirib ki, əgər Moldova ilə Rumıniyanın birləşməsi ilə bağlı referendum keçirilsəydi, o, bu təşəbbüsü dəstəkləyərdi.
Prezident eyni zamanda vurğulayıb ki, hazırda Moldova cəmiyyətində bu ideyanı dəstəkləyən çoxluq yoxdur. Onun sözlərinə görə, ölkə daxilində ictimai rəy hələlik belə bir qərar üçün yetərli deyil.
Sandu əlavə edib ki, mövcud beynəlxalq şəraitdə kiçik dövlətlər üçün suverenliyi və demokratik idarəetməni qorumaq getdikcə daha çətinləşir. Prezident hesab edir ki, qlobal proseslər fonunda bu məsələ daha dərin və açıq müzakirə tələb edir.
Musavat.com






