Rusiya neft sektoruna tətbiq olunan yeni sanksiyalar - xüsusilə “Rosneft” və “Lukoil” üzrə məhdudiyyətlər - ilk baxışda ciddi təsir göstərib.
Musavat.com xəbər verir ki, bu barədə “Goldman Sachs” analitikləri bildirib.
Rəsmi rəqəmlərə görə, bu iki şirkətin dəniz yolu ilə ixracında gündə təxminən 1,1 milyon barel azalma qeydə alınıb. Lakin bu mənzərə yalnız formal görünüşdür.
Məlumata əsasən, eyni dövrdə “sanksiyaya düşməyən” şirkətlərin neft ixracı gündə 1 milyon barel artıb. Bu artım tam olaraq itkinin yerini doldurub və ümumi ixrac həcmində real dəyişiklik yaratmayıb.
Analitiklərin qiymətləndirməsinə görə, biz Rusiyanın neft ticarətinin “sürətlə yenidən qurulması” ilə üzləşmirik. Əslində bu, çoxdan tanınan sxemin yeni mərhələsidir:
- Sanksiyalaşdırılmış barellər başqa adlarla yenidən qeydiyyata alınır;
- Neft eyni marşrutlarla daşınır, sadəcə etiket dəyişir;
- Yeni qurulan şirkətlər, regional istehsalçılar və dəniz treyderləri vasitəçi rolunu oynayır;
- Sanksiyalar kağız üzərində mövcud olsa da, axınların geosiyasi xəritəsi dəyişmir.
Musavat.com






