Vaşinqton administrasiyası ABŞ prezidenti Donald Trampın Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsinə dair mövqeyini və qəbul ediləcəyi təqdirdə onu imzalayıb-imzalamayacağını Konqresə bildirəcək.
Musavat.com xəbər verir ki, bunu ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir Senatın Təxsisatlar Komitəsinin dinləməsində deyib: "Mən Ağ Evlə əlaqə saxlayacağam, bu barədə danışacağıq və sizə Ağ Evin bu barədə mövqeyi barədə yenilənmiş məlumat verəcəyəm".
O, bu sözləri ABŞ senatoru Con Kennedinin (R-Luiziana) Trampın qanun layihəsi ilə bağlı razılığını niyə hələ də qanunvericilərə açıq şəkildə bildirməməsinə dair sualına cavabında deyib.
ABŞ ticarət nümayəndəsi vurğulayıb ki, onun ofisi və Ağ Ev qanun layihəsini çox ətraflı şəkildə "nəzərdən keçirib": "Düşünürəm ki, nəzəri olaraq biz bu qanun layihəsini dəstəkləyirik".
Lakin Qrir Trampın Konqres tərəfindən təsdiqlənəcəyi təqdirdə sənədi imzalamaq niyyətində olub-olmadığını deməyib.
Musavat.com






