İnsanlara hürriyət, millətlərə istiqlal!

Senator parlamentə burka ilə gəldi – iclas dayandırıldı

1323 24.11.2025 16:01 Dünya A A

Avstraliyada ultrasağçı senator Polin Henson parlamentin iclasına burka ilə gələrək ölkədə müsəlman örtüklərinin ictimai yerlərdə qadağan edilməsini dəstəklədiyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, bu addım müsəlman senatorlar tərəfindən irqçilik ittihamları ilə qarşılanıb.

Henson burkanı o zaman geyinib ki, ona ictimai yerlərdə burka və üzü tam örtən digər geyimlərin qadağan edilməsini nəzərdə tutan qanun layihəsini parlamentə təqdim etməyə icazə verilməyib. Bu, onun parlamentdə burkadan siyasi jest kimi ikinci istifadəsidir – ilk dəfə o, 2017-ci ildə analoji qadağaya çağırış zamanı burka geyinmişdi.

Senatdakı çıxışı zamanı Hensonun burka ilə zalda görünməsi müsəlman mənşəli həmkarlarının kəskin reaksiyasına səbəb olub. Onlar senatoru iclası tərk etməyə çağırıblar. Henson imtina etdikdən sonra Senat iclası dayandırılıb.

Kvinslend senatoru Polin Henson 1990-cı illərdən bəri Asiyadan gələn miqrantlara və sığınacaq axtaranlara qarşı sərt mövqeyi ilə tanınır və parlament fəaliyyətində illərdir islam geyimlərinə qarşı kampaniyalar aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR