Musavat.com
"Səni tamaşaçı qarşısına İzzət çıxardı, unutmamısan?"
Müğənni Almaxanım Əhmədlinin "Pərvizə görə" verilişində dayısı İzzət Bağırovun ona dəstək olmaması haqqında səsləndirdiyi fikirlər müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, o, bu yerlərə gəlməsində heç kəsin, xüsusilə də dayısı İzzət Bağırovun dəstəyinin olmadığını bildirib və bu açıqlaması ilə tənqid hədəfinə çevrilib.
Musiqiçi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabında həmin müsahibəyə münasibət bildirərək Almaxanımın iddialarını təkzib edib:
"Almaxanım, əziz dostum! Sən həqiqətən də sənətkarsan. Səni hələ heç kim tanımırdı, amma mənim yaxşı yadımdadır - Yaşıl Teatrda İzzətin konserti olanda, mən də orada musiqi rəhbəri idim. O vaxt səni böyük tamaşaçı qarşısına məhz İzzət çıxarmışdı. Yəqin ki, unutmamısan?"
Könül
Musavat.com
Musavat.com






