İnsanlara hürriyət, millətlərə istiqlal!

SEPAH ABŞ aviadaşıyıcısı ilə bağlı ŞOK GÖRÜNTÜLƏRİ YAYDI - VİDEO

1686 13.02.2026 15:27 Dünya A A

Bu gün SEPAH ilə əlaqəli olduğu bildirilən media kanalları süni intellekt vasitəsilə hazırlanmış video paylaşıb.

Musavat.com "Azad İran"a istinadən xəbər verir ki, videoda ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Abraham Lincoln" (CVN-72) aviadaşıyıcısı və onun Zərbə Qrupuna qarşı Ərəbistan dənizində mümkün hücum ssenarisi təsvir olunur.

Kadrların süni intellektlə hazırlandığı bildirilir və səhnələrdə dronlar, sürətli hücum qayıqları, raket sistemləri və sualtı qayıqlardan istifadə edildiyi göstərilir.

Paylaşılan videonun rəsmi mövqeni əks etdirib-etdirmədiyi barədə İranın rəsmi qurumları tərəfindən açıqlama verilməyib. Habelə, ABŞ tərəfi də görüntülərlə bağlı rəsmi şərh yaymayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR