İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında bir tankeri saxlayıb.
Musavat.com xəbər verir ki, məlumatı Mehr Agentliyi yayıb: "SEPAH öz hərbi dəniz qüvvələrinin hədəf əməliyyatı keçirdiyini və 4 milyon litr qaçaqmal yanacaq daşıyan bir gəmini uğurla saxladığını açıqlayıb".
SEPAH sözçüsü Abbas Qulamşahinin sözlərinə görə, "tanker kiçik gəmilərdən 4 milyon litrdən çox qaçaqmal yanacaq alıb və onu Fars körfəzindən kənarda yerləşən daha böyük gəmilərə ötürməyi planlaşdırıb".
Agentlik gəmidə 16 dənizçinin olduğunu və heç birinin İran vətəndaşı olmadığını açıqlayıb. Onlar saxlanıldıqları zaman İran ərazi sularını tərk etməyə çalışırmışlar.
Agentlik gəminin hansı ölkənin bayrağı altında üzdüyünü açıqlamayıb.
Musavat.com






