İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sərhədlərin müəyyənləşməsi məsələsində tələsməyə ehtiyac yoxdur" - politoloq

609 16.02.2026 22:48 Siyasət A A

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın növbəti iclası Ermənistanda keçiriləcək.

Musavat.com bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.

Xatırladaq ki, komissiyaların son görüşü 2025-ci il noyabrın 28-də Azərbaycanın Qəbələ şəhərində keçirilib. Lakin o görüşdən sonra da delimitasiya və demarkasiya ilə bağlı irəliləyiş əldə olunmayıb. Azərbaycan tərəfdən Baş nazirinin müavini Şahin Mustafayev, Ermənistan tərəfindən isə Baş nazirinin müavini Mher Qriqoryanın sədrlik etdiyi komissitalar budəfəki görüşdə sərhədlərin dəqiqləşdirilməsinə hansı istiqamətdən davam edə bilərlər?

Ümumiyyətlə, Qazax rayonu istiqamətində 13 km-ə yaxın ərazidə sərhəd dəqiqləşdirilməsi barədə ilkin razılaşmadan sonrakı moratoriuma son qoyulacaqmı?

Politoloq Elxan Şahinoğlu Musavat.com-a açıqlamasında növbəti görüşdə yeni razılaşmaların əldə olunmasını istisna etmədi: “Bu, sülh quruculuğuna müsbət töhfə verər. Amma hesab edirəm ki, sərhədlərin müəyyənləşməsi məsələsində tələsməyə ehtiyac yoxdur. Yəni addım-addım irəliləməkdə fayda var. Hətta uzun müddət keçsə belə, sərhədlər tam müəyyənləşməyə də bilər. Məsələn, Gürcüstan Azərbaycanın strateji tərəfdaşıdır, buna baxmayaraq, sərhədin bütün hissəsi müəyyənləşməyib, danışıqlar hələ də davam edir. Eləcə də söhbət torpaqlarımızı 30 il işğal altında saxlayan bir ölkədən gedirsə, əlbəttə, bütün sərhəd boyu razılaşma əldə olunsa, bu, yaxşıdır, amma razılaşma olmasa belə, müəyyən hissələr sonrakı mərhələdə danışıqlar predmeti ola bilər”.

E.Şahinoğlu qeyd edib ki, önəmli olan bu il sülh sazişinin imzalanmasıdır: “Amma bundan qabaq Ermənistan Konstisysiyasına zəruri dəyişikliklər edilməsi və Tramp yolunun işə düşməsidir, bunlar bölgə üçün daha vacibdir. Amma sərhədlərin müəyyənləşməsi də bu prosesə paralel olaraq davam edəcək”.

Elşad,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR