Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin şərqindəki Cənub Keçid Şurasının mövqelərinə hava zərbələri endirib.
Musavat.com xəbər verir ki, bu barədə “Wtopnews” məlumat yayıb.
Cənub Keçid Şurasının məlumatına görə, hücumlar Hadramaut vilayətinin ərazilərində baş verib.
Bu vilayət hazırda qismən Keçid Şurasının nəzarətindədir. Hazırda itki və ya xəsarət barədə məlumat verilmir.
Qeyd edək ki, bir müddət öncə Ər-Riyad Keçid Şurasından Hadramaut və Əl-Mahra vilayətlərindən qoşunlarını çıxarmasını tələb etmişdi.
Xatırladaq ki, Cənub Keçid Şurası 2017-ci ildə yaradılmış Yəmənin siyasi və hərbi strukturudur.
Musavat.com






