İnsanlara hürriyət, millətlərə istiqlal!

"Sevirəm..." - 59 yaşı tamam olan Məleykə Əsədova

3121 23.04.2025 09:52 Şou-biznes A A

“Yeni yaşım mübarək olsun. Xoş gəldin. Allahıma sonsuz şükürlər olsun bu yaşımı görməyi mənə qismət etdi. Çox şükür ki, sağlam ruhla, sağlam bədənimlə bu yaşıma çatdım”.

Musavat.com xəbər verir ki, bu sözləri 59 yaşı tamam olan Xalq artisti Məleykə Əsədova sosial mediada yazıb.

“Hər yaşımı, özümü, həyatı, əqidəmlə, insani keyfiyyətimlə yaşamağı, doğulduğum ayı da, günümü də çox sevirəm. İçimdəki uşaq ruhlu, təmiz Məleykənin qəlbini, yaşadığım torpağı, doğmalarımı, sadiqliyimi hədsiz sevirəm. Məni alqışlayan tamaşaçılarımı çox sevirəm. Səhnəni, obrazlarımı sevirəm, çünki mən Allahımı çox sevirəm. Bir sözlə mən insanlığı sevirəm” – deyə, M.Əsədova paylaşdığı postda yazıb”, - deyə aktrisa qeyd edib.

Məleykə Əsədovanın Gülər adında bir qız övladı var.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR