İnsanlara hürriyət, millətlərə istiqlal!

Şeyxin çağırışı ilə ƏHALİ AYAĞA QALXDI: Qan su yerinə axır - VİDEO

2789 28.12.2025 16:54 Dünya A A

Suriyanın Hama, Homs, Tartus və Lata­kiya vilayətlərində on minlərlə insan küçələrə çıxaraq hökumətə qarşı etiraz aksiyaları keçirib.

Musavat.com xəbər verir ki, etirazçılar Əhməd əş-Şaraa rəhbərliyindəki hakimiyyətə qarşı şüarlar səsləndirib, hakimiyyətin mərkəzsizləşdirilməsini və federallaşdırılmasını, eləcə də etnik və dini azlıqlara qarşı qətl və oğurluqların dayandırılmasını tələb ediblər.

Məlumata görə, Dəməşqə tabe olan “Ümumi Təhlükəsizlik Xidməti” aksiyaların bir hissəsini dağıtmağa cəhd göstərib və nümayişçilərə atəş açıb.

Yerli mənbələrin bildirdiyinə görə, silahlı qruplarla toqquşmalar nəticəsində onlarla insan xəsarət alıb.

Etirazlara səbəb kimi ələvilərə qarşı çoxsaylı zorakılıq halları, o cümlədən Homsda məsciddə baş verən terror aktı göstərilir. Aksiyaların təşəbbüskarı ələvi şeyxi Qazal Qazal olub. O, bir gün öncə əhaliyə küçələrə çıxmaq çağırışı etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR