İnsanlara hürriyət, millətlərə istiqlal!

Sibiqa Ceyhun Bayramova zəng etdi

607 08.04.2026 19:15 Siyasət A A

Ukrayna və Azərbaycanın xarici işlər nazirləri Andrey Sibiqa və Ceyhun Bayramov ikitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə ediblər.

Sibiqa bu barədə "X" hesabında yazıb.

"Azərbaycanlı həmkarım Ceyhun Bayramovla telefon danışığım oldu. İkitərəfli münasibətlərin mövcud vəziyyətini və gələcək inkişafını müzakirə etdik, ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə sadiqliyimizi bir daha təsdiqlədik", - paylaşımda bildirilib.

Sibiqanın sözlərinə görə, tərəflər təhlükəsizlik məsələləri, qarşılıqlı əlaqə, nəqliyyat marşrutlarının və dəhlizlərinin inkişafı daxil olmaqla beynəlxalq gündəmdə olan geniş məsələlərə dair fikir mübadiləsi aparıb.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR