İnsanlara hürriyət, millətlərə istiqlal!

Sızan sənədlər ifşa etdi: Əsədin məmurları İsraildən dəstək axtarıb

573 01.01.2026 16:11 Dünya A A

Yaxın Şərqdə yeni və son dərəcə qalmaqallı detallar üzə çıxıb.

Musavat.com xəbər verir ki, “Əl-Cəzirə” telekanalı keçmiş Suriya lideri Bəşər Əsəd rejiminə bağlı yüksək rütbəli məmurlarla əlaqəli 74 saatdan çox audioyazı və 600-dən artıq məxfi sənəd əldə etdiyini açıqlayıb.

Məlumata görə, sızdırılan materiallar Əsəd rejimindən qalma hərbi-siyasi şəbəkənin yenidən fəallaşmaq və Suriya hökumətinə qarşı silahlı əməliyyatlar planlaşdırmaq cəhdlərini ortaya qoyur. Sənədlər və yazılar Suriyanın Aralıq dənizi sahilləri boyunca qüvvələrin yenidən qruplaşdırılması, silahlı fəaliyyətlərin bərpası planları barədə detalları ehtiva edir.

“Əl-Cəzirə” bildirir ki, bu məlumatlar özünü Mossad agenti kimi təqdim edərək rejimin yüksək rütbəli zabitlərinin telefonlarına sızan şəxs tərəfindən əldə olunub. Audioyazılarda və sənədlərdə keçmiş xüsusi təyinatlı qüvvələrin komandiri Süheyl Həsən və keçmiş general-mayor Qiyas Dalla kimi mühüm fiqurların adları çəkilir.

İfşa olunan materiallarda daha bir sensasion detal da yer alır: iddialara görə, Bəşər Əsədin əmisi oğlu, tanınmış biznesmen Rami Məxluf bu şəbəkəyə maliyyə dəstəyi göstərib. Audioyazılarda açıq şəkildə İsraildən dəstək axtarışına çağırışlar, eləcə də Qəzzaya qarşı İsrailin hərbi əməliyyatlarının təriflənməsi yer alır.

Bu iddialar təsdiqlənərsə, Suriya münaqişəsinin pərdəarxası əlaqələri və regional oyunçularla gizli təmaslar barədə təsəvvürləri kökündən dəyişə bilər. Hadisə artıq bölgədə və beynəlxalq mediada ciddi rezonans doğurub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR