İnsanlara hürriyət, millətlərə istiqlal!

Şmıqal və Sırski Kiyevdə ABŞ nümayəndə heyəti ilə görüş keçirib

585 19.11.2025 23:19 Dünya A A

Musavat.com xəbər verir ki, Ukraynanın müdafiə naziri Denis Şmıqal ABŞ Quru Qoşunları naziri Daniel Driskoll ilə Kiyevdə danışıqlar aparıb. Bu barədə Şmıqal öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, görüş zamanı Ukraynanın müttəfiqlərlə birlikdə təhlükəsizlik üzrə birgə qərarlar hazırlamağa hazır olduğu vurğulanıb:

“Ukrayna təhlükəsizlik sahəsində müttəfiqlərlə birlikdə ortaq həllər formalaşdırmağa hazırdır. Burada ABŞ-ın rolu son dərəcə vacibdir. Tərəfdaşlarımıza müdafiə innovasiyaları üzrə hazırladığımız təklifləri təqdim etdim. Xüsusilə FPV dronlarının istehsalı ilə bağlı”, – Şmıqal qeyd edib.

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski də Daniel Driskoll ilə ayrıca görüş keçirib. O, amerikalı tərəfi cəbhə xəttindəki vəziyyət barədə məlumatlandırıb.

Sırski bildirib ki, Rusiya qoşunlarının hücum əməliyyatlarını genişləndirdiyi, qruplaşmalarını gücləndirdiyi və yaşayış məntəqələrinə raket zərbələri endirdiyi barədə tərəfdaşlara ətraflı məlumat verilib:

“Qeyd etdim ki, düşmən hücum əməliyyatını genişləndirir və intensivliyi artırır. Raket zərbələri yaşayış məhəllələrində çoxsaylı mülki itkilərə səbəb olur. Hava hücumundan müdafiə, ‘Deep Strike’ imkanları və dronlar üzrə Ukraynanın qabiliyyətlərinin gücləndirilməsini müzakirə etdik”, – Sırski bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR