İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok: bu qədər Çin peyki İran əməliyyatını izləyir

1317 10.03.2026 01:09 Dünya A A

ABŞ-nin İrana endirdiyi zərbələr Çin üçün hərbi kəşfiyyat baxımından mühüm müşahidə platformasına çevrilib.

Musavat.com xəbər verir ki, hərbi ekspertlərin məlumatına görə, Pekin orbitdə yerləşən Jilin-1 peyk qruplaşmasının 300-dən çox aparatından istifadə edərək ABŞ ordusunun əməliyyatlarını detallı şəkildə izləyir.

Bildirilir ki, peyklər döyüş prosesinin bütün mərhələlərini – sursatların yüklənməsi, təyyarələrin və raketlərin trayektoriyası, həmçinin hava hücumundan müdafiə sistemlərinin reaksiyasını saniyə-saniyə qeydə alır.

Mütəxəssislərin fikrincə, Çin bu məlumatları toplayaraq ABŞ ordusunun döyüş taktikası, logistika və əməliyyat koordinasiyası barədə geniş məlumat bazası yaradır. Hətta yanacaq doldurma müddətləri və zərbələrdən sonra hava hücumundan müdafiə sistemlərinin cavab reaksiyası kimi detallı göstəricilər də analiz olunur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR