İnsanlara hürriyət, millətlərə istiqlal!

Şok fakt: süni intellekt Rusiyanın işığını...

1107 21.01.2026 01:33 Dünya A A

Süni intellekt texnologiyalarının sürətlə yayılması qlobal enerji balansında gözlənilməz nəticələr doğurur.

Musavat.com xəbər verir ki, 2026-cı ildə süni intellektə xidmət edən məlumat mərkəzlərinin (data center) elektrik enerjisi istehlakı 1050 teravat-saat həddinə yaxınlaşacaq.

Bu göstərici artıq Rusiya və Yaponiya kimi iri dövlətlərin illik enerji sərfiyyatı ilə müqayisə edilə bilən səviyyə hesab olunur. Mütəxəssislər bildirirlər ki, neyroşəbəkələrin sürətli inkişafı fonunda elektrikə tələbat da eksponent şəkildə artır.

Proqnozlara əsasən, 2028-ci ilə qədər yalnız konkret süni intellekt tapşırıqlarının icrası üçün sərf olunan elektrik enerjisinin həcmi ildə 165–326 teravat-saat olacaq. Bu qədər enerji ilə ABŞ-da ev təsərrüfatlarının təxminən 22 faizi bir il ərzində elektriklə təmin oluna bilər.

Artıq indinin özündə ABŞ-da ümumi elektrik istehlakının 4,4 faizi məlumat mərkəzlərinin payına düşür. Analitiklər xəbərdarlıq edirlər ki, süni intellektin nəzarətsiz böyüməsi gələcəkdə həm enerji təhlükəsizliyi, həm də ekoloji tarazlıq baxımından ciddi risklər yarada bilər.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR