İnsanlara hürriyət, millətlərə istiqlal!

ŞOK: İtaliya Putinin etibarlı şəxsinə səhnəni bağladı

616 09.01.2026 16:59 Dünya A A

İtaliyanın Florensiya şəhərində yerləşən “Teatro del Maggio Musicale” teatrı Rusiyanın tanınmış balerinası Svetlana Zaxarova və onun həyat yoldaşı, skripkaçı Vadim Repinin iştirakı ilə planlaşdırılan “Pas de deux for toes and fingers” baletinin nümayişini dayandırıb.

Musavat.com xəbər verir ki, tamaşalar yanvarın 20 və 21-də keçirilməli idi.

Teatr rəhbərliyi qərarı “davam edən beynəlxalq gərginlik” ilə əsaslandıraraq bunun tədbirin normal keçirilməsinə mane ola biləcəyini bildirib. Bileti almış tamaşaçılara 31 yanvar 2026-cı ilədək biletin pulunun geri qaytarılması təklif edilib.

Svetlana Zaxarova əvvəllər Dövlət Dumasının deputatı olub və Vladimir Putinin etibarlı şəxslərindən sayılır. O, Rusiya prezidenti tərəfindən “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib. Açıq mənbələrə görə, Zaxarovanın da təsisçilərindən biri olduğu “İstedad və uğur” fondu prezidentin Mədəniyyət Təşəbbüsləri Fondu tərəfindən əhəmiyyətli şəkildə maliyyələşdirilir. Repinin fondu da dövlət qrantlarının alıcıları sırasında göstərilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR