İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ! Ermənistanda seçkilərin yekun nəticəsi açıqlandı

1955 14.06.2026 18:44 Son xəbər A A

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Hakim "Vətəndaş müqaviləsi" Partiyası 49,7456 % səslə liderlik edir.

Siyahıda "Güclü Ermənistan" 23,2710 % səslə ikinci, "Ermənistan Alyansı" isə 9,9231 %-lə üçüncü yerdə qərarlaşıb. "Çiçəklənən Ermənistan" Partiyası səslərin 3,9893 %-ni toplayıb, 4% həddini keçə bilməyib və parlamentdə təmsil olunmayacaq. Seçkilərdə iştirak 1 476 769 nəfər və ya 58,9 % təşkil edib.

Beləliklə, Ermənistanın baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" Partiyası hökuməti təkbaşına formalaşdıracaq.

Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Bülletenlərin 100 %-i sayılmasına əsasən, "Vətəndaş müqaviləsi" Partiyası səslərin 49,83 %-ni toplayıb. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR