İnsanlara hürriyət, millətlərə istiqlal!

SON DƏQİQƏ: Rusiyada Polşa səfirinə HÜCUM

1240 20.11.2025 14:41 Hadisə A A

Sankt-Peterburqda Polşanın səfiri Kşiştof Krayevskiyə hücum edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi Maçey Vevior bildirib ki, Krayevskiyə hücum 16 noyabr, bazar günü baş verib.

Polşa qəzetinin məlumatına görə, hadisə səfirin Polşa Müstəqillik Gününü qeyd etmək üçün yerli polşalılarla görüşmək məqsədilə Rusiyanın Sankt-Peterburq şəhərinə gəlməsi zamanı baş verib.

Hadisə təxminən günorta saatlarında baş verib. Səfir konsulun müşayiəti ilə Müqəddəs Yekaterina Aleksandriyskaya bazilikasında keçiriləcək polyaklar üçün dini mərasimə gedərkən, onu aqressiv rus “aktivistləri” əhatəyə alıb.

Qeyd olunur ki, onlar əllərində polyaklar və ukraynalılara qarşı şüarlar yazılmış plakatlar tutublar və daha sonra səfirə hücum ediblər.

“Əvvəlcə təhqirlər səsləndirilib, lakin sonra açıq şəkildə fiziki güc tətbiq etmək cəhdi olub. Bu zaman mühafizə işə qarışıb”, - deyə Vevior bildirib.

Polşa Xarici İşlər Nazirliyinin nümayəndəsi səfirin ciddi xəsarət almadığını bildirib.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR