Moskvanın Kulak Tarixi Muzeyi yeni konsepsiya ilə yenidən açılacaq və başqa ad altında fəaliyyət göstərəcək.
Musavat.com xəbər verir ki, qurum bundan sonra “SSRİ xalqının soyqırımı qurbanlarının xatirəsi muzeyi” kimi təqdim olunacaq.
Rəsmi məlumata görə, ekspozisiya əsasən Böyük Vətən müharibəsi illərində nasistlərin törətdiyi cinayətlərin mərhələlərini əhatə edəcək. Paytaxt meriyası muzeyin bu il ərzində ziyarətçilərin üzünə açılacağını açıqlayıb.
Yeni direktor vəzifəsinə Natalya Kalaşnikova təyin olunub. O, ötən ilin aprelindən Smolensk qalası muzeyinə rəhbərlik edirdi.
Qeyd edək ki, Kulak Tarixi Muzeyinin fəaliyyəti 2024-cü ilin payızında yanğın təhlükəsizliyi pozuntularına görə dayandırılmışdı. Bundan sonra Puşkin Muzeyinin o dövrdəki direktoru Yelizaveta Lixaçyova bağlanma səbəbini “yumşaq desək, qəribə” adlandırmışdı. Onun sözlərinə görə, Stalin repressiyaları hələ SSRİ dövründə pislənib və qurbanlar reabilitasiya olunub, buna görə də mövzu siyasi oyunlara alət edilməməlidir.
Musavat.com






