İnsanlara hürriyət, millətlərə istiqlal!

Stoltenberq ABŞ-nin NATO-dan çıxma ehtimalını istisna etməyib

707 17.01.2026 03:33 Dünya A A

NATO-nun keçmiş baş katibi (2014-2024) Yens Stoltenberq ABŞ-nin alyansdan çıxma ehtimalını istisna etməyib.

"Report" xəbər verir ki, o, bu barədə "Der Spiegel" jurnalına müsahibəsində deyib.

"Heç nə dəyişməz deyil, hər şey dəyişə bilər. ABŞ-nin NATO-da qalacağına söz verə bilmərəm", - deyə o, əlavə edib.

Keçmiş baş katib hesab edib ki, NATO ABŞ-nin qurumda aktiv müttəfiq olaraq qalıb-qalmamasından asılı olmayaraq transatlantik alyansı qorumaq üçün tədbirlər görməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR