Sumqayıt şəhərində ictimai nəqliyyatda təhlükəsizlik qaydalarının kobud şəkildə pozulması ilə bağlı narazılıq yaranıb.
Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə şəhər üzrə fəaliyyət göstərən 7 nömrəli avtobus marşrutunda qeydə alınıb.
Belə ki, avtobus sürücüsü nəqliyyat vasitəsini idarə etdiyi müddətdə siqaret çəkib və eyni zamanda mobil telefondan istifadə edib.
Sərnişinlərin bildirdiyinə görə, sürücünün bu davranışı həm təhlükəsizlik baxımından risk yaradıb, həm də ciddi narazılığa səbəb olub. Dəfələrlə edilən iradlara baxmayaraq, sürücü xəbərdarlıqlara məhəl qoymayıb və yol boyu telefonla danışmağa, siqaret çəkməyə davam edib.
Qeyd edək ki, hərəkət zamanı mobil telefondan istifadə və siqaret çəkmək yol hərəkəti qaydalarına ziddir və sərnişinlərin həyatı üçün təhlükə yaradır.
Şahanə Rəhimli,
Musavat.com






