Sumqayıtda avtomobilin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.
1973-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Cavanşirli Ehtiram Cavanşir oğlu idarə etdiyi "Toyota Prius markalı avtomobillə Quba-Bakı yolunun Sumqayıt şəhərindən keçən 33-34-cü kilometrliyində hərəkətdə olarkən piyada 1969-cu il təvəllüdlü Məmmədov Arif Hüseynqulu oğlunu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.//Report






