Suriya ordusu Hələbdə Suriya Demokratik Qüvvələrinə (SDQ) qarşı hərbi əməliyyata başlayıb. Hazırda hər iki tərəf arasında qanlı döyüşlər davam edir.
Musavat.com xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyi də açıqlamasında Suriya ordusunun Hələbdə ictimai təhlükəsizliyi təmin etmək üçün antiterror əməliyyatı apardığını bildirib.
Nazirlik qeyd edib ki, əməliyyat terror təşkilatının mülki şəxslərə və təhlükəsizlik qüvvələrinə hücumundan sonra başlayıb. Hücum nəticəsində dörd nəfər ölüb, 18 nəfər yaralanıb.
Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Suriya hakimiyyəti ictimai asayişi bərpa etmək və əhalini qorumaq üçün Hələbdə əməliyyat keçirmək qərarına gəlib. Bütün əməliyyatların yalnız Suriya ordusu tərəfindən həyata keçirildiyi vurğulanır.
Ankara həmçinin bildirib ki, Türkiyə Suriyadakı hadisələri yaxından izləyir və Dəməşqin terrorçu qruplarla mübarizə səylərini dəstəkləyir.
SANA-nın məlumatına görə, Hələbin Şeyx Məqsud, Əşrəfiyə və Bəni Zeyd məhəllələrində də yerli vaxtla saat 13:30-dan etibarən əlavə xəbərdarlığa qədər komendant saatı tətbiq edilib.
Mülki əhaliyə bütün SDF mövqelərindən uzaq durmaq tövsiyə edilib.
Musavat.com






