İnsanlara hürriyət, millətlərə istiqlal!

Şuşada 8 Noyabr - Zəfər Günü münasibətilə atəşfəşanlıq olub FOTO VİDEO

997 08.11.2025 19:26 Ölkə A A

Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir.

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbərə görə, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib və atəşfəşanlıq olub. 

"8 Noyabr - Zəfərin təntənəsi" adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər.

Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR